İllər sonra; BƏƏ-nin vəliəhd şahzadəsi Bəşər Əsədə zəng etdi
Mьəllif: admin1
Tarix: 28-03-2020, 22:24
Bцlmə: Xəbərlər
İllər sonra; BƏƏ-nin vəliəhd şahzadəsi Bəşər Əsədə zəng etdi
İslamazeri.com Suriyanın rəsmi xəbər agentliyi SANA-ya istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan ilə telefonla danışıb.

Məlumatda qeyd edilir ki, Suriya Prezidenti Bəşər Əsəd BƏƏ-nin vəliəhd şahzadəsi və eyni zamanda BƏƏ Ordusunun Ali Baş komandanının müavini Məhəmməd bin Zayed Əl-Nəhyanla koronavirusla bağlı telefonla danışıb.

Vəliəhd şahzadə bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Suriya xalqını bu cür kritik vəziyyətdə tək qoyan deyil.

BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan da bu haqda özünün tvitter səhifəsində bildirib.

"Suriya prezidenti Bəşər Əsəd ilə COVID-19-a dair yenilikləri müzakirə etdim. Mən onu BƏƏ-nin dəstəyindən və Suriya xalqına kömək etməyə hazır olduğuna əmin etdim. Çətin zamanlarda humanitar həmrəylik hər şeydən üstündür, Suriya xalqı tək qalmayacaq.", -deyə o tvitterində qeyd edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930