Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi
Mьəllif: admin1
Tarix: 25-03-2020, 22:32
Bцlmə: Xəbərlər
Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi
Çinin Gürcüstana hədiyyə etdiyi koronavirusu sürətlə aşkarlayan testlər artıq Tbilisiyə çatdırılıb.

Bu barədə Gürcüstanın Çin Xalq Respublikasındakı səfiri Arçil Kalandiya özünün “Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, Siçuan əyaləti rəhbərliyinin təqdim etdiyi koronavirus və digər respirator virusları müəyyən edən testlər və müvafiq avadanlıqların ümumi dəyəri 420 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bu testlərdən ilk olaraq azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun sakinləri.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930