Rəcəb ayının 27-si beynəlxalq Quran günü elan edildi
Mьəllif: admin1
Tarix: 12-03-2020, 11:09
Bцlmə: Xəbərlər
Rəcəb ayının 27-si beynəlxalq Quran günü elan edildi
Mübarək Rəcəb ayının 27-si (bu il 22 marta təsadüf edir) İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün – “Məbəs” bayramı günü İmam Hüseynin (ə) ziyarətgahı tərəfindən beynəlxalq Qurani-Kərim günü elan edilib.

Maide.Az İQNA-a istinadla xəbər verir ki, artıq "Beynəlxalq Quran Günü" ilə əlaqədar kampaniya öz işinə başlayıb.

Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahını idarə heyətinin Darul-Quran bölməsinin rəisi Şeyx Həsən Mənsuri bu barədə deyib:

Rəcəb ayının 27-i ilə bağlı hazırlıqlar başlayıb. Həmin gününün beynəlxalq Quran günü elan edilməsi təkcə İraq üçün deyil, bütün dünyaya aiddir.

O bildirib ki, bu gün müsəlman xalqlar Qurani-Kərimlə üns qurmağa hər zamandakından daha da ehtiyaclıdırlar.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930