Pakistan prezidenti və baş naziri Ali Dini Rəhbərə təşəkkür etdi
Mьəllif: admin1
Tarix: 6-03-2020, 18:59
Bцlmə: Xəbərlər
Pakistan prezidenti və baş naziri Ali Dini Rəhbərə təşəkkür etdi
Pakistanın baş naziri İmran Xan Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneiyə Hindistan müsəlmanlarına verdiyi dəstəyinə görə təşəkkür edib.

Deyerler.org Newsday24-ə istinadən xəbər verir ki, İmran Xan martın 5-i Tvitter ilə verdiyi açıqlamada, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Hindistanda müsəlmanlara qarşı zülm və qətliama, eyni şəkildə Kəşmir xalqına qarşı zülmə son qoyulması üçün verdiyi bəyanatına görə təşəkkür edərək, belə deyib: “Təəssüf ki, çoxlu sayda İslam ölkəsi bu qətliamlar qarşısında sükut edib”.

Pakistan prezidenti Arif Alvi də Ali Dini Rəhbərə təşəkkür edən bir mesaj paylaşaraq belə deyib: “Pakistan İmam Xameneinin cavabını yüksək qiymətləndirir və bu təhlükəli məsələdə vahid bir mövqenin lazım olduğuna razı olduğunu bildirir.

Nasist ekstremizmi və Myanma tarixini nəzərə alaraq, Hindistanın müsəlmanların soyqırımına doğru getdiyini söyləmək olar. Birlikdə dünyanın bu oyunu gözdən qaçırmasına imkan verməyəcəyik”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930