İranda seçkilərin nəticəsi: Mühafizəkarlar 70, islahatçılar cəmi...
Mьəllif: admin1
Tarix: 24-02-2020, 10:19
Bцlmə: Xəbərlər
İranda seçkilərin nəticəsi: Mühafizəkarlar 70, islahatçılar cəmi...
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri nəticələrinin 178 seçki dairəsində qətiləşdiyini bildirib.

Seyyid İsmail Musəvi deyib bu haqda deyib: "208 seçki dairəsindən səslərin sayılışından sonra 178 seçki dairəsinin nəticələri qəti surətdə məlum olub."
" İndiyədək yeddi seçki dairəsinin işi ikinci tura çəkibdir. İri şəhərlərin nəticələri maksimum bazar gününədək elan olunacaq.", -deyə Musəvi əlavə edib.

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü bildirib ki, seçkilərdə iştirak miqdarı sonuncu seçki dairəsinin nəticələrinin elan olunması ilə elan ediləcək.

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri 208, Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkiləri isə beş seçki dairəsində cümə günü bütün İranda keçirilib.

Qeyd edək ki, ilkin məlumata görə, mühafizəkarlar seçkilərdə 70 faiz, islahatçıların namizədləri cəmi 10 faiz toplaya bilib, digər namizədlər isə bitərəf və müstəqil olaraq seçkilərə giriblər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930