Sionistlər Qüdsdə bir məscidi yandırdılar
Mьəllif: admin1
Tarix: 25-01-2020, 18:37
Bцlmə: Xəbərlər
Sionistlər Qüdsdə bir məscidi yandırdılar
Sionist gəlmələr işğal altındakı Şərqi Qüdsdə bir məscidi yandırıb, divarlarına irqçi şüarlar yazıblar.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, İsrail rejiminin polisi açıqlama verərək, Şərqi Qüdsün Beyt Safafa qəsəbəsində bir məscidin yandırıldığını və xarici divarlarında irqçi şüarların yazıldığını təsdiqləyib.

Açıqlamada, məscidin bir hissəsinin yandırıldığı və polisin hadisə ilə əlaqədar istintaq başlatdığı bildirilib.

Hadisə şahidləri yandırılan məscidin Beyt Safafa qəsəbəsindəki Bədriyyə məscidi olduğunu söyləyib.

Şahidlər yanğını məhəllə sakinlərinin söndürdüyünü qeyd ediblər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930