İran: "ABŞ-dan daha sərt intiqam alacağıq"
Mьəllif: admin1
Tarix: 9-01-2020, 21:19
Bцlmə: Xəbərlər
İran: "ABŞ-dan daha sərt intiqam alacağıq"
İran Baş Qərargahı Təhlükəsizlik İdarəsi rəhbəri Abdullah İraki yaxın gələcəkdə ABŞ-dan daha sərt intiqam alacaqlarını bildirib. Bu barədə "Tasnim" informasiya agentliyi xəbər verib.

O, "İnqilab Keşikçiləri Korpusu lider Ayətullah Xameneinin əzələlərindən biridir və yaxın gələcəkdə düşməndən daha sərt intiqam alacaq", - deyə vurğulayıb.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu Qüds qüvvələri komandanı general Qasim Süleymani İraqın Bağdad hava limanı yaxınlığında ABŞ-ın hava hücumu nəticəsində həyatını itirmişdi.

İran bu hücuma cavab olaraq İraqdakı ABŞ bazasına zərbələr endirmiş, zərbələr nəticəsində 80 əsgərin öldüyü qeyd edilmişdi.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930