Ayətullah Sistani general Süleymaninin şəhid olması ilə əlaqədar Ali Dini Rəhbərə başsağlığı verdi
Mьəllif: admin1
Tarix: 6-01-2020, 10:26
Bцlmə: Xəbərlər
Ayətullah Sistani general Süleymaninin şəhid olması ilə əlaqədar Ali Dini Rəhbərə başsağlığı verdi
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Sistani Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneiyə məktub göndərərək, İslam İnqilabı Keşikçilər Korpusunun (İRGC) Quds Qüvvələrinin komandiri general-leytenant Qasım Suleymaninin kədərli hadisəsi ilə əlaqədar başsağlığı verib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Ayətullah Sistani məktubunda belə qeyd edib: “Hacı Qasım Suleymaninin şəhid olması xəbəri təəssüf və kədər mənbəyi oldu. Mərhum Süleymaninin İraqdakı İŞİD ilə mübarizədəki nadir rolu və bu mövzuda dözümlə etdikləri çoxlu səyləri unutmaq olmaz”.

Məktubun davamında isə belə qeyd olunub: “Bu böyük şəhidin itkisi ilə əlaqədar Sizə (Ali Dini Rəhbər) və bütün nəcib İran xalqına, xüsusən əziz Kerman xalqına başsağlığı verir və Allahdan mərhum general Süleymaninin ən ali məqamı üçün dua edir və ailəsi üçün səbr diləyirəm”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930