Türkiyənin 1 illik anti-terror hesabatı: 3559 fətullahçı...
Mьəllif: admin1
Tarix: 28-12-2019, 22:09
Bцlmə: Xəbərlər
Türkiyənin 1 illik anti-terror hesabatı: 3559 fətullahçı...
İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin terrorla mübarizədə bu ilə dair açıqladığı məlumata görə, PKK/KCK terror təşkilatının sığınacaq yerlərinə istiqamətli 31-i böyük olmaqla cəmi 150 əməliyyat keçirilib.

Həyata keçirilən əməliyyatlarda 1789 terrorçu zərərsizləşdirilib, bunlardan 255-i terror təşkilatından qaçaraq özü təslim olub.

Terrorçulara məxsus 1852 silah istinadgahı, sığınacaq yeri və anbarı məhv edilib.

Fətullahçı terror təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində işdən azad edilərək barələrində araşdırılma aparılan personal sayı isə 3559 olub.

15 iyul 2016-cı ildən indiyədək cəmi 18 min 630 personalın Türkiyə Silahlı Qüvvələrilə (TSQ) əlaqəsi kəsilib.

“Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları bölgələrinə 580-dən artıq suriyalının könüllü olaraq geri qayıtmasına imkan yaradılıb.

Təhlükəsizlik qaynaqlarına görə, TSQ göstəriş verildiyi hər an Liviyaya vəzifə icra etmək üçün getməyə hazırdır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930