Myanmar lideri müsəlmanları qətliam etdiyinə görə beynəlxalq məhkəməyə çıxarılır
Mьəllif: admin1
Tarix: 10-12-2019, 14:38
Bцlmə: Xəbərlər
Myanmar lideri müsəlmanları qətliam etdiyinə görə beynəlxalq məhkəməyə çıxarılır
Myanmarın hakim partiyasının lideri Rohingiya müsəlmanlarını öldürmək ittihamını dinləmək üçün Beynəlxalq Haaqa Məhkəməsinə gedib.

Myanmar lideri və Nobel Sülh Mükafatı laureatı Aung San Suu Kyi üç günlük dinləmələrdə öz haqlarını müdafiə edəcək.

Məhkəmə Qərbi Afrikanın müsəlman ölkəsi olaraq tanınan Qambiyada buddist Myanmarın Rohingiya müsəlman azlığına qarşı ən ağır beynəlxalq cinayət olan soyqırımda ittiham olunması ilə bağlı iddia qaldırıldıqdan sonra təşkil olunub.

Üç gün davam edəcək məhkəmə iclasında Qambiya hüquq komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin BMT hakimlərindən ibarət 16 nəfərlik heyətindən rohingiyalıların qoruması üçün tədbirlər tətbiq edilməsini istəyəcək.

Məhkəmə, həmçinin İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü və beynəlxalq hüquqşünaslar qrupu tərəfindən dəstəklənib.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930