Yəmən: Sionist rejimin bütün hərbi obyektləri hədəfimizdədir
Mьəllif: admin1
Tarix: 8-12-2019, 10:54
Bцlmə: Xəbərlər
Yəmən: Sionist rejimin bütün hərbi obyektləri hədəfimizdədir
"Əl-Məsirə" qəzetinə müsahibə verən Yəmənin Milli Qurtuluş dövlətinin müdafiə naziri Məhəmməd Nasir Əl-Atifi Yəmənin hərbi gücünün mükəmməl səviyyəyə çatdığını bildirib.

O deyib: "Bizim hərbi sənayemiz inanılmaz sürətlə inkişaf edərək, bizdən 20 il daha öncədən fəaliyyətə başlayan ölkələrlə müqabilə etmək səviyyəsinə çatıb.

Bizim silahlı qüvvələrimiz düşmənin müdafiə sistemini iflic etmək üçün bütün hazırlıqları başa vurub."

Əl-Atifi əlavə edib ki, işğalçı İsrailin bütün hərbi obyektləri nəzarətdə saxlanılır. Sionist rejimin Yəmənə hücum edəcəyi təqdirdə işğalçı İsrailin istənilən nöqtəsi raketlər və pilotsuz təyyarələrlə hədəfə alınacaq.

Qeyd edək ki, bundan öncə Yəmən 10 pilotsuz təyyarə ilə Səudiyyə Ərəbistanının Milli Neft Şirkətini (Aramko) hədəfə alaraq bu ölkənin Yəmənə təcavüzünə cavab vermişdi.
(islamtimes)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930