Xərçəng əleyhinə güclü dərman hazırlanıb
Mьəllif: admin1
Tarix: 12-11-2019, 15:58
Bцlmə: Xəbərlər
Xərçəng əleyhinə güclü dərman hazırlanıb
ABŞ-ın Cons Hopkins Universitetinin alimləri xərçəngin inkişafı üçün zəruri olan glutamin metabalizmini blok edən preporat hazırlayıb.

“JHU083” birləşmələri həmçinin bədxassəli törəmələrin mikro mühitini dəyişdirərək onları immunitet sistemi üçün daha da həssas edir.

"Deyerler.org"un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, “DON” glutaminin antagonistinin təsirini imitasiya edən dərmanın aktiv forması şişin toxumalarında toplanır.

Məlumdur ki, glutamin, şişlərin böyüməsinə səbəb olan metabolik yolları stimullaşdırır. “JHU083” siçanların bağırsaq xərçəngi, limfomalar və melanomalar hallarında sınaqdan keçirilmişdir.

Bu birləşmənin hüceyrələrdən, qan damarlarından ibarət olduğu və yüksək turşuluq, oksigen və qida çatışmazlığı səbəbiylə immun hüceyrələrə zidd olan şiş mikro mühitinə təsir göstərə biləcəyi ehtimal olunur.

“JHU083” şiş böyüməsinin azalması ilə yanaşı sağ qalma qabiliyyətini də artırdı. Bəzi siçanlar immunitet reaksiyasının aktivləşməsi nəticəsində yaranan uzun müddətli remissiya ilə qarşılaşmışdır.

Şiş hüceyrələri heyvanlara yenidən vurulduqda, güclü bir immun yaddaşının meydana gəlməsini göstərən imtina müxanizmi meydana gəlmişdir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930