Ağ Evdə gərgin Suriya toplantısı keçirildi
Mьəllif: admin1
Tarix: 17-10-2019, 10:34
Bцlmə: Xəbərlər
Ağ Evdə gərgin Suriya toplantısı keçirildi
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Konqres üzvləri ilə bir araya gələrək, Suriyadakı son hadisələr və Türkiyənin Suriyada apardığı əməliyyatları müzakirə edib.

Donald Tramp Ağ Evdə Konqres üzvləri ilə apardığı müzakirələrdə qəbul edilən və Suriya qərarını pisləyən qətnamə layihəsi ilə əlaqədar çox əsəbiləşdiyi üçün toplantını yarıda dayandırıb.

Müzakirələrdə ABŞ Senatı və Nümayəndələr Palatasından Respublikaçı və Demokrat partiyaların nümayəndələri olub. Mətbuata qapalı olaraq keçirilən görüşdə Suriyadakı son hadisələr və Türkiyənin Suriyada apardığı əməliyyat müzakirə olunub.

Toplantıdan sonra mətbuata açıqlama verən Nümayəndələr Palatasının sədri Nansi Pelosi Nümayəndələr Palatasında qısa müddət əvvəl keçən və Suriya qərarını pisləyən qətnamə layihəsi səbəbilə Trampın əsəbi olduğunu bildirib.
(eastnews)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031