Yer kürəsinə güclü maqnit fırtınası yaxınlaşır
Mьəllif: admin1
Tarix: 24-09-2019, 21:47
Bцlmə: Xəbərlər
Yer kürəsinə güclü maqnit fırtınası yaxınlaşır
27 sentyabr Yer üzünü maqnit fırtınası bürüyə bilər.

“Fian” Astronomiya Laboratoriyasını təmsil edən mütəxəssislərin fikrincə, ilk iki gündə geomaqnit fırtınasının gücü G2 kateqoriyasına aid edilərək, il ərzində baş verəcək ən güclü maqnit fırtınasından sayılacaq.

"Deyerler.org"un Mk.ru-ya istinadən verdiyi xəbərə görə, sentyabrın 16, 17 və 18-də Yerin maqnitosferi kifayət qədər yüksək olmadığına görə, onu güclü maqnit siyahısına daxil etmək üçün kifayət deyildi.

Sentyabrın 27-də vəziyyətin dəyişəcəyi gözlənilir. Proqnoza görə, G2 kateqoriyalı maqnit fırtınası planetdə iki gün ərzində orta güc səviyyəsində davam edəcək.

Zəif maqnit fırtınaları bu il dəfələrlə müşahidə edilmişdir. 5 yanvar və 25 yanvar, 1 fevral, 28 fevraldan 1 mart, 17 mart, 14 may, iyulun 9-dan 10-dək və nəhayət, 5 avqustda ən davamlı olmuşdur və səhər doqquzdan başlayaraq, axşam doqquzadək davam etmişdir. Maqnit fırtınalarından yalnız ikisi daha güclü idi.

Mayın 14-ü əmələ gələn fırtına mütəxəssislər tərəfindən G3 kateqoriyasına, yəni güclü maqnit fırtınaları sinifinə aid edilmişdir. Mütəxəssislər meteohəssas insanların diqqətli olmaları lazım olduğunu bildirərək, ağır fiziki və əqli işlərdən pəhriz etməyi məsləhət bilmişdir.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031