Xərçəng müalicəsi üçün bioloji parçalanan robot
Mьəllif: admin1
Tarix: 7-09-2019, 09:51
Bцlmə: Xəbərlər
Xərçəng müalicəsi üçün bioloji parçalanan robot
Koreyada hazırlanan mikrorobot dərmanları bədənin lazımi hissəsinə çatdıraraq dərmanın xərçəng şişinə necə təsir etdiyini nəzarətdə saxlayır.

Cənubi Koreyanın alimləri robotu hazırlayarkən xərçəngin hipertermiya ilə müalicə üsuluna diqqət yetirmişdir.

"Deyerler.org"un Nanonewsnet.ru-ya istinadən verdiyi xəbərə görə, robot xarici maqnit sahəsindən istifadə edərək, dərmanları və maqnit nanohissəcikləri bədənin istənilən hissəsinə çatdırır.

Dəyişkən maqnit sahəsinin yüksək tezliyi hədəfə çatdıqdan sonra robotun yanına göndərilir və maqnit nanohissəciklər istilik əmələ gətirərək hədəfə alınmış hissələri və ətrafın istiliyini yüksəltməyə başlayır.

Dərmanların tam sərbəst buraxılması maqnit sahəsinə məruz qalma intensivliyi və vaxtı ilə idarə edilir. Robot bioparçalanan polimerdən hazırlanıb və terapevtik tapşırıqları yerinə yetirdikdən sonra bədəndə tamamilə həll olunur.

Alimlər aparılan tədqiqatlarda bu metodun xərçəng hüceyrələrinə təsirini təsdiqləmişdir. Gələcəkdə mütəxəssislər mikrorobotlardan istifadə edərək, mövcud xərçəng müalicələrinin effektivliyini artırmağa çalışacaq.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031