Bu şəxslər bu gündən 2020-ci ilə qədər şəxsiyyət vəsiqəsini pulsuz ala biləcəklər
Mьəllif: admin1
Tarix: 2-07-2019, 13:03
Bцlmə: Xəbərlər
Bu şəxslər bu gündən 2020-ci ilə qədər şəxsiyyət vəsiqəsini pulsuz ala biləcəklər
Bəzi vətəndaşlar şəxsiyyət vəsiqəsini bu gündən 2020-ci ilin noyabrına qədər pulsuz ala biləcəklər.

24News.ge Birinci kanala istinadən xəbər verir ki, Ədliyyə nazirinin təşəbbüsü ilə, seçki siyahısının daha da təkmilləşdirilməsi məqsədi ilə, müəyyən kateqoriya vətəndaşları şəxsiyyət vəsiqəsini bu gündən 2020-ci ilin noyabrına qədər pulsuz ala biləcəklər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aksiyanın məqsədi seçki siyahılarının dolğunlaşdırılması, agentliyin göstəricilər bazasının təkmilləşdirilməsidir. Aksiya ilə vətəndaşlar bir dəfə istifadə edə bilərlər.

İdarənin məlumatına görə, 2020-ci ilin noyabrına qədər pulsuz şəxsiyyət vəsiqəsini vətəndaşlar bu hallarda ala biləcəklər:

✓Vətəndaşın adına 2019-cu ilin iyulun 1-dək heç bir sənəd alınmayıbsa;

✓Vətəndaşın verilən bütün sənədin müddəti 2019-cu ilin iyulun 1-dək ləğv olunur və ya 2020-ci ilin noyabrın 1-dək ləğv olunur;

✓Şəxsiyyət vəsiqəsinin fotosu yararlı deyil;

✓Qeydiyyatdan çıxarılıblar;

✓Ünvansız qeydiyyatdan keçiblər;

✓Gürcüstanın işğal olunmuş ərazisində qeydiyyatdan keçiblər və məcburi köçkün statusunu almayıblar.

Əlavə məlumat əldə etmək üçün 0 32 2 40 10 10 nömrəli qaynar xətə zəng etmək mümkündür.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930