Şeyx Nəim Qasım: “Sionist rejim dünyada terrorizm mənbəyidir”
Mьəllif: admin1
Tarix: 19-04-2019, 21:55
Bцlmə: Xəbərlər
Şeyx Nəim Qasım: “Sionist rejim dünyada terrorizm mənbəyidir”
Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım İsrail rejiminin dünyada terrorizm və vandalizmin mənbəyi olduğunu bildirib.

Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Şeyx Nəim Qasim açıqlamasında bunları qeyd edib: “Sionist rejimin müharibə və cinayətləri qəbuledilməzdir, ancaq müqavimət sionist İsrail rejimi və ABŞ-ın hədələrindən qorxmur və çətinliklər və sanksiyalar qarşısında dik duracaq”.

“Hizbullah olmasaydı, bu gün İsrail rejimi Livandan çıxmazdı və İŞİD məğlubiyyətə düçar olmazdı və region ölkələri xilas olmazdı”, - deyən N.Qasım, müqavimət oxunun qələbə və müstəqillik seçimi olduğunu və Hizbullahın bu seçimindən imtina etməyəcəyini vurğulayıb.

Livanın iqtisadi və maliyyə problemlərinə toxunan N.Qasım, belə deyib: “Hamı problemlərin həll olunması üçün əməkdaşlıq etməlidir, çünki həmrəylik və birlik olmadan problemlər həll oluna bilməz”.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031