36-cı beynəlxalq Quran müsabiqəsinin qaliblərinin adları açıqlandı – SİYAHI
Mьəllif: admin1
Tarix: 15-04-2019, 21:07
Bцlmə: Xəbərlər
36-cı beynəlxalq Quran müsabiqəsinin qaliblərinin adları açıqlandı – SİYAHI
İran İslam Respublikasının görmə qüsuru olanlar, xanımlar, dini tələbələr və ümumi kateqoriyaları əsasında keçirilən 36-cı Beynəlxalq Qurani-Kərim Yarışlarının beş günülük (10-14 Aprel) final mərhələsi başa çatıb və qaliblərinin adları elan edilib.

Maide.Az "İQNA"a istinadla xəbər verir ki, qaliblər ötən gün günün ikinci yarısında, Tehranın İmam Xomeyni (r.ə) adına müsəllada keçirilən yekun mərasimdə mükafatlandırılıb.

Müxtəlif ixtisas və kateqoriyalar üzrə qaliblərin siyahısı - (adlar 1, 2, 3-cü və s... yerlər əsasında ardıcıllıqla sıralanıb):

Qurani-Kərimin peşəkar qiraəti üzrə qaliblər:

Salman Əmrullah (İndoneziya)

Mehdi Qulamnəjad (İİR)

Məhəmmədrza Salman (İraq)

Əhməd Əmir Əbdüləziz (Misr)

Van Eynuddin Helmi (Malaziya)

Yaşlılar arasında Quranın kamil hifzi üzrə qaliblər:

Məhəmmədcavad Muradi (İİR)

Əbdəli Tövfiq (Əlcəzayir)

Əhməd Bədruddin Həmami (Suriya)

Əhməd Üsamə (Mavritaniya)

Əkrəm bin Zəkəriyya Bəqluti (Tunis)

Xanımlar arasında Quranın kamil hifzi üzrə qaliblər:

Məryəm Şəfii (İİR)

Fatimə Yunis (Livan)

Samanə Musəvi (Əfqanıstan)

Görmə qüsuru olanlar arasında Quranın kamil hifzi üzrə qaliblər:

Seyid Həmdi İbrahim (Misr)

Səid Əliəkbəri (İİR)

Seyid Nuruddin əl-Həqq (Hindistan)

Tələbə qızlar arasında Quranın kamil hifzi üzrə qaliblər:

Zeynəb Əmin Pur (İİR)

Feyza Nərgiz (Türkiyə)

Reym Əşbul (İordaniya)

Tələbə oğlanlar arasında Quranın kamil hifzi üzrə qaliblər:

Əbdüləlim Əbdürrəhim Məhəmməd Haci (Kenya)

Əli Feyzi (İİR)

Məhmud Əbul-Xeyr Nasif (Suriya)

Tələbə oğlanlar arasında Quranın peşəkar qiraəti üzrə qaliblər:

Əmirhüseyn Rəhməti (İİR)

Seyid Yasin Hüseyni (Əfqanistan)

Məhəmməd Rifqi Hivari (İndoneziya)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930