İmam Rzanın (ə) məqbərəsinə yeni müdir təyin edilib
Mьəllif: admin1
Tarix: 4-04-2019, 23:09
Bцlmə: Xəbərlər
İmam Rzanın (ə) məqbərəsinə yeni müdir təyin edilib
İmam Rzanın (ə) məqbərəsinə yeni müdir təyin edilib

Maide.az "Leader.ir"ə istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İmam Rzanın (ə) məqbərəsinə höccətülislam Şeyx Əhməd Mərvini müdir təyin edib.

Höccətülislam Mərvi bundan öncə bir çox vəzifələrdə o cümlədən Ali Rəhbərin ofisində şöbə rəisi, “İstihlal” idarəsinin sədri vəzifələrində çalışıb.

Qeyd edək ki, bundan öncə bu vəzifədə hazırda İran Məhkəmə Sisteminin rəhbəri vəzifəsini daşıyan Seyid İbrahim Rəisi çalışırdı.

Xatırladaq ki, şiələrin 8-ci imamı Həzrəti-İmam Rza Məşhəddə dəfn olunub. Onun qəbrinin üstündə məqbərə tikilib. Hər il onun qəbrini ziyarət etməyə milyonlarla insan gedir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930