Dünyada ən sürətli yayılan din İslamdır
Mьəllif: admin1
Tarix: 4-03-2019, 10:32
Bцlmə: Xəbərlər
Dünyada ən sürətli yayılan din İslamdır
İslam dünyada ən sürətlə yayılan dindir. Bunu İbn Haldun Universitetinin rektoru professor Receb Şəntürk deyib.

Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, R.Şəntürk qeyd edib ki, İslam Avropa və Amerikada ən geniş yayılan ikinci dindir, Afrikada sürətlə yayılır, Uzaq şərqdə və Rusiyada geniş yayılır.

Ərzurumda Diplomatiya Akademiyasında "Açıq sivilizasiya İslamın gələcək vizionu" mövzulu konfransda çıxış edən R.Şəntürk bildirib ki, Islam dininin yayılması bu sürətlə davam edərsə 50 il sonra Avropa və ABŞ-ın əksəriyyəti müsəlman ola bilər.

Qeyd edək ki, son iyirmi ildir dünyada müsəlmanların sayında stabil artım müşahidə olunub. Statistik göstəricilərə görə, 1973–cü ildə müsəlmanların sayı 500 milyon idisə, bu gün bu rəqəm 1.6 milyarda çatıb.

Hər dörd nəfərdən birinin müsəlman olduğu bu gündə, müsəlmanların sayının ilk dəfə xristianları keçdiyi bildirilir. Bu sayın yaxın gələcəkdə daha da artacağı və İslamın dünyanın ən böyük dini olacağı təxmin edilir.

Bu stabil yüksəlişin səbəbi təkcə müsəlman ölkələrinin əhalisinin sürətlə artması deyil, həmçinin digər dinlərdən və mədəniyyətlərdən əksər insanın İslamı seçməsidir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930