Moqerini Varşavadakı anti-İran konfransında iştirak etməyəcək
Mьəllif: admin1
Tarix: 23-01-2019, 10:36
Bцlmə: Xəbərlər
Moqerini Varşavadakı anti-İran konfransında iştirak etməyəcək
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ABŞ-ın Polşada keçirəcəyi "Yaxın Şərqin gələcəyi" adlı konfransda iştirak etməyəcəyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Federika Moqerini bu konfransın eyni günlərdə Afrika Birliyinin Əddis-Əbəbə şəhərində keçirəcəyi konfransa təsadüf etdiyini, özü çox əvvəldə bu konfransda iştirak etmək üçün planlaşdırdığını və həmçinin Afrika buynuzunda bəzi ölkələrə səfər etməsi lazım olduğunu və bu səbəbdən bu konfransda iştirak edə bilməyəcəyini qeyd edib.

Müşahidəçilər ABŞ-ın İran əleyhinə konfransına marağın və həmçinin iştirak səviyyəsinin çox aşağı olacağını bildirir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930