Kanal 12 yenidən fəaliyyətə başlayır
Mьəllif: admin1
Tarix: 28-12-2018, 18:20
Bцlmə: Xəbərlər
Kanal 12 yenidən fəaliyyətə başlayır
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində hazırlanan 683 nömrəli qərarla 2017-ci ilin yanvar ayından bağlanan "Kanal 12" televiziyası yenidən fəaliyyətə başlayır.

Maide.Az “on4haber” saytına istinadən xəbər verir ki, iki ill fasilədən sonra Türkiyədə Əhli-beyt (ə) dostlarının səsi olan “Kanal12” Azərbaycan və Türk dillərində verlişlər yayımlayacaq.

Əsasən dini məzmunlu proqramlar yayımlayan, Azərbaycan və Türkiyədə maraqla izlənilən telekanalın sabiq baş direktoru Özgünay Gök, Kanal 12-nin yenidən fəaliyyətə başlaması xəbərini təsdiqləyib.

“Kanal 12 Əhli-beyt (ə) maarifini yayımlamaq üçün xidmət göstərirdi. Dövlətimizin və millətimizin birliyini və həmrəyliyini həmişə vurğulayan kanalımızın açılmasını səbirlə gözlədik. Dövlətimzin sonda kanalın açılması qərarı verməsi sevindircidir. Əməyi keçən hər kəsə təşəkkür edirik”.

Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti “Kanal 12”ni yenidən fəaliyyətə başlaması münasibətilə təbrik edir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930