Putin: “Dünyanı idarə edənlərin harada olduğunu bilirik”
Mьəllif: admin1
Tarix: 20-12-2018, 19:49
Bцlmə: Xəbərlər
Putin: “Dünyanı idarə edənlərin harada olduğunu bilirik”
Rusiyanın prezidenti Vladimir Putin Rusiya və xarici jurnalistlər üçün ilin sonunda keçirdiyi böyük mətbuat konfransı başa çatıb.

Deyerler.org RT-yə istinadən xəbər verir ki, “Wall Street Journal” qəzetinin müxbirinin, “Qərb Rusiyanı təhlükə kimi qəbul edir. Həqiqətən də dünyanı idarə etmək istəyirsinizmi?”, - sualına əvvəl hazırcavab bir dillə, “Təbii ki”, cavabını verən Putin, belə davam edib:

“Dünyanı idarə etməyə gəlincə, bunu etməyə çalışanların harada olduğunu bilirik (Vaşinqton). Amma bunu etməyə çalışanlar Moskvada deyil. Rus təhdidi Qərb cəmiyyətinin istədiklərini etmək üçün uydurduğu bir etiketdir.

Çünki bunun üçün bir xarici təhdid lazımdır. Xarici siyasətimizin əsas məqsədi isə, bərabər qüvvələr arasında bərabər bir güc olaraq, beynəlxalq arenada layiq olduğumuz yerdə olmaq üçün irəliyə doğru hərəkət etməkdir”.

Xatırladaq ki, Vladimir Putinin 2001-ci ildən etibarən keçirdiyi böyük mətbuat konfransına bu il 1702 jurnalist akkreditasiya olub.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930