Həbs edilmiş Səudiyyə generalı İrana qarşı gizli planların üstünü açdı
Mьəllif: admin1
Tarix: 12-11-2018, 11:34
Bцlmə: Xəbərlər
Həbs edilmiş Səudiyyə generalı İrana qarşı gizli planların üstünü açdı
"İslaminSesi" "Haber7"-yə istinadən xəbər verir ki, Amerikanın The New York Times qəzeti, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Səudiyyə Ərəbistanlı rəsmilərinin İran iqtisadiyyatını çökdürmək üçün ölkənin bəzi iş adamları ilə 2 il öncə keçirdikləri gizli görüşlərin bəzi detallarını açıqlayıb.

Belə ki, xəbərdə Camal Qaşıqçı qətlindən sonra vəzifədən alınan Səudiyyə Ərəbistanı kəşfiyyat məmurlarından Əhməd əl Asirinin, İrana qarşı iqtisadiyatını çökdürmək planları, o cümlədən Qasim Süleymani və başqa önəmli şəxslərə qarşı sui qəsd planlarına dair iddialar yer alıb.

Verilən məlumatlara əsasən təxminən 2 il əvvəl İran iqtisadiyyatını çökdürmək üçün etdikləri plan çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ və Səudiyyə Ərəbistanlı rəsmiləri görüşüş, Məhəmməd bin Salman yaxın bəzi adların sui-qəsd planlarını müzakirə etmişlər.

O cümlədən qəzetin verdiyi məlumata görə Livan əsilli Amerikan iş adamı və Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayed Əl-Nahyanın müşaviri Corc Naderin təşəbbüsü ilə hazırlanan bir planda İranın iqtisadiyyatına təxribat məqsədi güdürdü. İddialara görə Nader, bu planı həm Şahzadə Məhəmməd ilə müzakirə etmiş, həm də planı Ağ Ev rəsmilərinə təqdim etmişdi.

Həmçinin kəşfiyyat və təhlükəsizlik agentlikləri ilə dərin bağları olan İsrailli iş adamıı Joel Zameldi də bu plan təşkilatçılarının bir parçasıdır.

Qəzetin bildirdiyinə görə ABŞ-da 2016da keçirilən prezident seçkilərini Demokrat namizəd Hillari Klintonun qazanacağını düşünən Zamel və Nader, planlarını Belçikadakı bir toplantıda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəsmilərinə təqdim ediblər.

Lakin seçkilərdən Trampın qalib çıxması ilə Nader və Zamel Nyu-yorka gedərək Trump dövrü rəsmilərinə və Səudiyyə generallara planlarından danışıb. Nyu-yorkdakı bir oteldə keçirilən həmin toplantıda Səudiyyə Ərəbistanı Kəşfiyyat rəsmisi Əhməd əl Asiri də olub.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930