İrlandiya Fələstin dövlətini tanıya biləcəyini açıqladı
Mьəllif: admin1
Tarix: 24-09-2018, 21:18
Bцlmə: Xəbərlər
İrlandiya Fələstin dövlətini tanıya biləcəyini açıqladı
İrlandiyanın xarici işlər naziri Saymon Koveni Fələstin ilə İsrail rejimi arasında sülh danışıqlarında irəliləyiş olmaması təqdirdə, İrlandiyanın Fələstin dövlətini tanıyacağını söyləyib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Dublində rəsmi səfərdə olan fələstinli həmkarı Riyad Əl-Çaliki ilə birgə mətbuat konfransı keçirən Koveni, belə deyib:

“Fələstin dövlətini sadəcə hələlik tanımamaq barədə bir seçim etdik, ancaq əgər dialoqun fəaliyyəti mövzusundakı bu ümidsizlik davam etsə, çox açıq səbəblərdən dolayı bu seçimimizi nəzərdən keçirməyə məcbur olacağıq”.

Saymon Koveni İrlandiyanın Fələstin dövlətini tanıyacağı təqdirdə, onu Avropadakı digər ölkələrin də tanıya biləcəyini vurğulayıb.

O, ölkəsinin bəzi ərəb və Avropa dövlətləri ilə fələstinli nümayəndələri görüşdürəcək bir tədbir keçirərək, sülh prosesini yenidən başlamaq cəhdini etməyi düşündüyünü də açıqlayıb.

ABŞ-ın prezidenti Trampın BMT vasitəsilə Fələstinə yardımları dayandırmasını səhv kimi qiymətləndirən Koveni, bunun müqabilində İrlandiyanın 4.5 milyon avroluq yardım məbləğini 7 milyon avroya qaldıracağını bildirib.

Xatırladaq ki, iyul ayında da İrlandiya Senatı işğal olunmuş Fələstin torpaqlarında istehsal olunan malların idxalını və ticarətini qadağan edən qanun layihəsini qəbul etmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930