Ağ Evdən Əsədə mesaj: Vuracağıq!
Mьəllif: admin1
Tarix: 5-09-2018, 21:56
Bцlmə: Xəbərlər
Ağ Evdən Əsədə mesaj: Vuracağıq!
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Ağ Ev yenidən Suriya prezidenti Bəşər Əsədi kimyəvi silahdan istifadə edəcəyi halda hərbi güclə hədələyib.

Üstəlik, ABŞ hələ heç bir hadisə baş verməmiş kimyəvi hücumun məsuliyyətini Suriyanın üzərinə atır.

“Biz aydın şəkildə bildirmək istəyirik ki, bizim qəti mövqeyimizi əvvəlki kimidir: əgər prezidenti Bəşər Əsəd yenidən kimyəvi silahdan istifadə etmək qərarına gəlsə, ABŞ və onun müttəfiqləri dərhal və layiqli cavab verəcək.”, - deyə ABŞ prezidentinin mətbuat-katibi Sara Sanders bildirib.

Sanders deyib ki, ABŞ “milyonlarla günahsız insanın ani hücum təhlükəsi ilə üz-üzə qaldığı” Suriyanın İdlib əyalətindəki vəziyyəti diqqətli şəkildə izləyir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930