Ərdoğan: ABŞ kürəyimizdən zərbə endirməyə çalışır!
Mьəllif: admin1
Tarix: 13-08-2018, 22:13
Bцlmə: Xəbərlər
Ərdoğan: ABŞ kürəyimizdən zərbə endirməyə çalışır!
İslamazeri.com-un “Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Türkiyənin “kürəyindən zərbə” vurmaq niyyətində olmaqda ittiham edib.

“Bir tərəfdən, siz (ABŞ) strateji ittifaqdan danışırsınız... siz bizimlə birlikdə NATO-dasınız, digər tərəfdən isə, strateji həmkarınızın kürəyindən zərbə vurmağa çalışırsınız. Belə bir şeyi qəbul etmək olarmı?”, - deyə o bildirib.

Bununla belə Ərdoğan Türkiyəyə qarşı elan edilmiş iqtisadi blokadanı dövlət çevrilişə cəhdin davamı adlandırıb.

“Türkiyə iqtisadi blokada ilə üz-üzə gəlib. Məlum idi ki, Türkiyəyə qarşı (2016-cı il) 15 iyulda başlamış hücumlar bitməyəcək.”, - deyə o qeyd edib.

Daha öncə Ərdoğan xəbərdarlıq edib ki, ABŞ-ın birtərəfli siyasəti Türkiyəni yeni dostlar axtarmağa vadar edəcək.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930