İmam Xomeyninin qızından Qüds və İsraillə bağlı Ərdoğana məktub
Mьəllif: admin1
Tarix: 26-07-2018, 23:14
Bцlmə: Xəbərlər
İmam Xomeyninin qızından Qüds və İsraillə bağlı Ərdoğana məktub
İmam Xomeyninin qızı Doktor Zəhra Mustəfəvi Rəcəb Tayyib Ərdoğana məktub yazaraq İslam Birliyi Təşkilatını, Sionis rejiminin Qüds haqqında qərarına və irqci qanunlarına qarşı toplanmasını və onların bu qərarının pislənməsini istəyib.

İslaminSesi.info - İslam Əməkdaşlıq Təşkilatının periodik rəhbərliyi Türkiyə tərəfindən aparıldığı üçün Türkiyə Prezidentinin üzv ölkələri bir araya gətirməsini istəyən Beynəlxalq Fələstin Həmrəylik Təşkilatı Sədri Doktar Zəhra Mustafavi, İsrail rejiminin Fələstin xalqını hədəf alan son hücumları və qərarları qarşısında İslam ölkələrinin Fələstin xalqının yanında olmaları lazım olduğunu vurğulayıb.

Sözügedən məktubda Sionist İsrail rejiminin etdiyi son qətnamə ilə birlikdə Fələstin xalqı üzərində tam təzyiq yaratdığını və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun tamamilə əlindən alındığı qeyd edilərək: "İsrail rejimi, Fələstin torpaqları üzərindən Fələstin xalqının bütün tarix və keçmişini görməməzliyə vuraraq, regionu tamamilə Yəhudilərə aid göstərir.

Bu qərarla Sionist rejim Fələstini işğalını rəsmiləşdirərək eyni zamanda Qüdsü və Fələstin torpaqlarının Yəhudileştirilməsinə səbəb olacaqdır. Yalnız tək bir irqi və dini əsas götürərək yaradılan bu qanun ilə birlikdə Fələstin xalqının evlərini yıxmaq və yaşayış sahələrindən onları çıxarmaq leqallaşdırılacaq" ifadələri yer aldı.

Sionist İsrail rejiminin hər zaman vəhşi və canı olduğunu ancaq bu yeni qanun ilə birlikdə cinayətlərinin qanuniləşdiriləcəyini vurğulayan Zəhra Mustəfəvi "Fələstin torpaqları və Qüds, Fələstin xalqının tarixi və keçmişinə göz yumularaq qanunda Yəhudi torpağı kimi yer alır. Bu qanun İsrail rejiminin caniliyi artıraraq ona cəsarət verəcəkdir. Sözügedən bu qanun heç də İsrail rejiminin Fələstini işğal etdiyi həqiqətini və 70 illik cinayətlərini unutdurmayacaq".

Demokratiya tərəfdar olduqlarını iddia edən dövlətlərin İsrail rejimi qarşısında susqunluq və Ərəb dünyasının Fələstin məsələsindəki acizliyinə işarə edən Zəhra Mustəfəvi, İsrail rejimi tərəfindən alınan son qərarın göz yumulmamasının zərurətinə toxunaraq "Sülh və insan haqları tərəfdarı olan bütün beynəlxalq təşkilatlar bunu bilməlidir ki bu qanun regiondakı müharibə və xaosun artmasına səbəb olacaqdır.

İsrail rejiminin Fələstin xalqına qarşı 70 illik soyqırım və cinayətləri bu xalqın mübarizə əzmini və müqavimətini qırmamış, əksinə hər keçən gün artmaqdadır. Fələstin xalqını hədəf alan bu qanuna qarşı İslam Əməkdaşlıq Təşkilatının periodik sədrlik edən ölkə, Qüdsün azadlığını istəyən qurum kimi digər üzv olan İslam ölkələrini də çağıraraq lazımi işləri başlamalıdır" ifadələri də yer alıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930