Seyid Həsən Nəsrullah Fələstin və Yəmən xalqlarını müqavimətlərinə görə təbrik etdi
Mьəllif: admin1
Tarix: 9-04-2018, 20:54
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah Fələstin və Yəmən xalqlarını müqavimətlərinə görə təbrik etdi
Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livanın Nəbatiyə şəhərində keçirilən “Qələbəyə sədaqət” festivalında çıxış edib.

Deyerler.org Təsnim-ə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah əvvəlcə Fələstin xalqını İsrail rejiminə qarşı prinsiplərinə və müqavimətə olan bağlılıqları və səbrlərinə görə, Yəmən xalqını da işğalçı Səudiyyə rejimi və müttəfiqlərinə səbr və müqavimətlərinə görə təbrik edib və onları salamlayaraq belə danışıb:

“Ümid gələcəyə doğru bütün hərəkətlərin əsasıdır və inanca olan ümid bizim mədəniyyətimizdir və vəfalı və sadiq olmaq da bizim imanımıza olan bir prinsipdir.

Amal hərəkatı və Hizbullah arasındakı birlik və müqavimətin səyləri sayəsində, 2000-ci ildə Livanın cənubu sionist İsrail rejiminin pəncəsindən xilas edildi.

Amerikalılar və sionistlər bütün səylərini Livanda müqaviməti aradan qaldırmaq üçün istifadə etdilər. İndiki nəsilləri əvvəlki nəsillərin sionist rejimin törətdiyi cinayətlər səbəbilə çəkdikləri əziyyət və çətinliklərdən xəbərdar etməliyik.

Müqavimət qüvvələri, işğalçı sionistləri Livandan qovanlardır. Müqavimətə qarşı edilən təxribatlar işğalçıların qovulmasından sonra başlayıb. Cənubda yaşayan vətəndaşlar və şüurlu, əxlaqlı və müdrik bir şəkildə vuruşan bütün müqavimət qüvvələri bu təxribatları zərərsizləşdirdilər.

“11 sentyabr” hadisəsindən sonra Amerikadan Dik Çeyninin nümayəndəsi mənim yanıma gəldi və bizim İsrail rejiminə qarşı müqavimətdən imtina etməyimiz müqabilində hər şeyi etməyə hazır olduqlarını dedi. Bu nümayəndə Corc Nader adlı amerikalı bir jurnalist idi.

Müqavimətə qarşı edilən bütün təxribatlardan ən təhlükəlisi daxili qarşıdurmadır. 2005-ci ildə amerikalılar tərəfindən Livanın ordu qüvvələrinin və komandirlərinin psixoloji olaraq müqavimət qüvvələrinə qarşı vuruşmağa hazır olması istiqamətində bir araşdırma aparıldı və onlar bu araşdırmada Livan ordusunun belə bir şey etməyəcəyi qənaətinə gəldilər.

Livanda və Livandan kənarda və Amerika və Körfəz Ərəb ölkələrində ordu və müqavimət arasında bir qarşıdurmanın baş verməsinə ümid edənlər var.

Sionist İsrail rejiminin təhdidlərinə qarşı ordu, xalq və müqavimətin qızıl birliyinə malikik. Ordu, xalq və müqavimət arasındakı bu qızıl birliyi təhdidlərlə mübarizə üçün gücləndirməliyik. Xüsusilə cənubda Amal hərəkatı və Hizbullah olmaqla müqaviməti dəstəkləmək üçün milli birlik gücləndirilməlidir”.

Seyid Həsən Nəsrullah çıxışının davamında, xalqdan qarşıdakı seçkilərdə kütləvi halda iştirak etməsini və siyasi toxunulmazlığın zəmanət altına alınması üçün müqavimətə səs verməsini istəyib: “Müqavimət düşüncəsinə malik və müqaviməti dəstəkləyən şəxslərə səs verilməlidir”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930