Şengen vizasında dəyişiklik edilir
Mьəllif: admin1
Tarix: 15-03-2018, 09:52
Bцlmə: Xəbərlər
Şengen vizasında dəyişiklik edilir
Avropa İttifaqının Komissiyasının qəbul etdiyi düzəlişə görə, Şengen bölgəsinə səyahət etmək istəyənlərin viza müraciətlərinin cavablandırılmasının 15 gündən 10 günə endirilməsi planlaşdırılır.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, düzəlişin qüvvəyə minəcəyi təqdirdə, viza müraciətlərini səyahətdən 6 ay əvvələ qədər elektron formada aparmaq olar.

Yeni qaydalar qısa müddətli turizm məqsədilə səyahət etmək istəyənlər üçün də həlledici dəyişiklər əks etdirir. Belə ki, bundan sonra Şengen razılaşmasına daxil olan ölkələri dəniz və quru sərhədlərində turist vizası verə biləcək.

Ancaq bu viza müraciət olunan ölkə sərhədlərində etibarlı sayılacaq və qalma müddəti 7 gündən artıq olamayacaq. Bu tənzimləmənin xüsusən birliyə üzv ölkələrin adalarına gedən turistlər üçün faydalı olması nəzərdə tutulub.

Digər tərəfdən, yeni tənzimləmələrlə Şengen vizası üçün ödənişin də 60 avrodan 80 avroya qaldırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930