Xristian keşişi İslami əlyazma nüsxələri İŞİD-dən qorudu
Mьəllif: admin1
Tarix: 4-03-2018, 21:03
Bцlmə: Xəbərlər
Xristian keşişi İslami əlyazma nüsxələri İŞİD-dən qorudu
Nəcib Mixayil adlı iraqlı bir məsihi rahibi İraqın Neynəva əyalətinin qədim əlyazma nüsxələrini ki, bəzisi min illik qədim tarixə malik idi, İŞİD terrorçularının əlindən xilas etdi.

Nəcib Mixayil adlı bu xristian keşişi bəzilərinin 1000 illik tarixi olan və bəzilərinin də çapı 1500-ci illərə aid olan dini, tarixi, coğrafi, riyazi, yəhudi, eyzədi və xristianlığa aid olan kitabları radikal və terrorist İŞİD ünsürlərinin əlindən qurtararaq təhlükəsiz yerə apara bilib.

Bu kitabların Nəcib Mixayılın öz şəxsi kitabxamasında saxlanılırmış və buna görə də dəfələrlə evi terroristlər tərəfindən güllə tutulmuşdur. İlk təhdidlərini 2003-cü ildə alan rahib bu kitabxananı İraqın xristianlar yaşayan Qaraquş şəhərinə aparır. 2014-cü ildə Mosul İŞİD tərəfindən işağı edildikdən sorna isə kitabxananı qorumaq üçün İraqın Kürdüstanında naməlum bir yerdə gizlədir.

Nəcib Mixayıl deyir ki, mən köhnə nüsxələri təmir edirdim və bunun üçün uzun zamanlar xərcləmişəm. Bir çox nüsxələr iraqlıların evlərində ata-baba irsi kimi saxlanılır. Amma təəssüflər olsun ki, bu işlə məşğul olan ciddi bir qrum yoxdur və bu nüsxələr zaman keçdikcə məhv olub sıradan çıxır. UNESCO-nun isə bu barədə etdiyi köməklər lazım olan həddə deyil.

Hazırda bu nüsxələr İraqın İrbil şəhərinin Əlyazma Nüsxələrin Elektronlaşdırılması Mərkəzində siyahıya alınır. Burada Türk, İraq əv İran xalqlarına aid 8000 nüsxə qədim əlyama mövcuddur. Bundan əlavə 10 min nüsxə əlyazma və minlərlə qədim çap nüsxələri vardır ki, gərək bunların da elektron versiyası hazılarnsın və əlyazma siyahılarına salınlar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930