Səudiyyə rejiminin döyüş təyyarələri 7 nəfərlik yəmənli ailəni həlak etdi
Mьəllif: admin1
Tarix: 9-02-2018, 21:06
Bцlmə: Xəbərlər
Səudiyyə rejiminin döyüş təyyarələri 7 nəfərlik yəmənli ailəni həlak etdi
Səudiyyə rejiminin döyüş təyyarələri fevralın 8-i Yəmənin Əl-Cuf əyalətinə təşkil etdiyi hücumda 7 nəfərlik bir ailəni həlak edib.

Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Səudiyyə rejiminin döyüş təyyarələri bundan əvvəl də dəfələrlə oxşar hücumlarla Yəmən xalqını qətliam etmişdi.

Bu arada, Omanın paytaxtı Maskatda yerləşən Yəmənin Ənsarullah hərəkatının müzakirə heyəti BMT-nin Yəmən üzrə yeni xüsusi nümayəndəsinin vəzifəsinə başlamasına qədər bütün siyasi müzakirələri təxirə saldığını bildirib.

Ənsarullah hərəkatı BMT-nin Yəmən üzrə hazırki nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd və onun müavini Muin Şərif ilə müzakirəni qəbul etmir.

BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Griffitsin mart ayında vəzifəsinə başlayacağı bildirilir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930