Səid Həriri: "Daxili münasibətlərin yaxşı olması üçün "Hizbullah" ilə əlaqə zəruridir"
Mьəllif: admin1
Tarix: 5-02-2018, 22:13
Bцlmə: Xəbərlər
Səid Həriri: "Daxili münasibətlərin yaxşı olması üçün "Hizbullah" ilə əlaqə zəruridir"
Livan Baş naziri Səid Həriri "Hizbullah" hərəkatı ilə bağlı açıqlama verib.

O bildirib ki, ölkənin inkişafı üçün daxili məslələrdə "Hizbullah" müqavimət hərəkatı ilə razılaşmaq lazımdır.

Livanın bəzi problemlərlə üz-üzə olduğunu qeyd edən Səid Həriri, "Bu dəfəki parlament seçkilərində əvvəlki parlament seçkilərində olduğu kimi birliyə əməl olunmalıdır.

Hamı seçkidə iştirak etməlidir. "Hizbullah" ilə olan fərqlərimiz strateji məsələlərdir, amma biz ölkənin mənafeyi üçün və ölkədaxili məsələlərdə bir-birimizlə əməkdaşlıq etməyi dayandırmayacağıq.

"Hizbullah" ilə daxili işlərlə razılaşmalıyıq və ölkədəki hər şey yalnız bu razılıq əsasında həyata keçirmək mümkündür" , - deyə söyləyib.
Mənbə: /eastnews.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930