Alpinist yüksək dağ zirvəsində İmam Hüseynin (ə) bayrağını dalğalandırdı
Mьəllif: admin1
Tarix: 28-01-2018, 10:37
Bцlmə: Xəbərlər
Alpinist yüksək dağ zirvəsində İmam Hüseynin (ə) bayrağını dalğalandırdı
Pakistanlı müsəlman alpinist Məhəmməd Əli Sadpara, qış mövsümündə əlavə oksigen istifadə etmədən müvəffəqiyyətlə Pumori dağının (7,161 m) zirvəsini fəth edib.

Deyerler.org Shiawaves-ə istinadən xəbər verir ki, Əhli-Beyt (ə) ardıcılı olan müsəlman alpinist fəth etdiyi zirvədə İmam Hüseynin (ə) adı ilə yazılmış qırmızı bayraq və Pakistanın milli bayrağını dalğalandırıb.

Sadpara yanvarın 20-də qış mövsümündə 7.000 m-dən yuxarı bir zirvəni fəth edən ilk insan olub. O, qışda əlavə oksigen balonundan istifadə etmədən Everest dağını zirvəsinə çıxmaq üçün hal-hazırda Nepaldadır.

Keçən ilin fevral ayında Sadpara üç xarici alpinistlə birgə oksigensiz Nanqa Parbat zirvəsini fəth etmişdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930