Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani Həsən Ruhanini tənqid edib
Mьəllif: admin1
Tarix: 16-01-2018, 11:38
Bцlmə: Xəbərlər
Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani Həsən Ruhanini tənqid edib
Mərhum müctəhid Ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani Həsən Ruhaninin son günlərdə “hamını tənqid etmək olar heç kim məsum deyil” fikrini tənqid edib.

İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, Ayətullah Fazil Lənkərani Həsən Ruhanini tənqid edib.

Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani bildirib ki, imamları məsumluğunun müzakirə edib, tənqidlər etmək mənasız işdir.

Qum şəhərində yerləşən “Əimmətul-Əthar Fiqh Mərkəzi”nin sədri Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani son fiqh dərsində İran prezidenti Həsən Ruhaninin “bütün insanlar nəqd edilə bilər” fikrinə münasibət bildirib:

“O hədis gətirməklə bu ifadəni bütün imamlara hətta peyğəmbərin mübarək vücuduna şamil edib. Ola bilər onun əsas məqsədi başqa şeydir. Amma onun sözünün zahiri tamamilə batildir və doğru deyil. İmamların məsumluq məsələsi ki, onun ən ali məqamı peyğəmbərdədir, Qurani-Kərimin müxtəlif ayələri ilə isbatlanıb.”

Məsumların həm xətadan həm də günahdan mübərra olduğunu deyən Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani əlavə edib:

“Şiənin təməl əqidəsinə əsasən imamı nəqd etmək (irad tutmaq) mənasızdır. Əgər bu imam nəqd edilərsə deməli o imam deyil. Əgər nəqd edilərsə deməli Allahın höccəti deyil və mütləq şəkildə itaət edilməz.”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930