Ali dini rəhbər : "Düşmənlərin yolunu gedən insanlar təqvadan məhrumdur"
Mьəllif: admin1
Tarix: 27-12-2017, 22:12
Bцlmə: Xəbərlər
Ali dini rəhbər : "Düşmənlərin yolunu gedən insanlar təqvadan məhrumdur"
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei dekabrın 27-i səhər saatlarında İslami Təbliğat üzrə Koordinasiya Şurasının üzvlərini qəbul edib.

Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İslami Təbliğat Koordinasiya Şurasının üzvlərilə görüşündə belə danışıb: “Hər hansı bir döyüşdə düşmənin nə etmək istədiyini təxmin etməlisiniz. Bu günlərdə düşmənlər ölkəmizdə pessimizmi geniş bir səviyyəyə yüksəltmək məqsədilə müxtəlif qara piarlar hazırlayır.

Təəssüf ki, ölkə daxilində də bəzi qruplar düşmənlərin yolunu gedərək, xalqın məyus olmasına çalışırlar. Boş ittihamları ortaya atıb, düşmənin yalanlarını təkrar edirlər.

Düşmənlərin yolunu gedən insanlar təqvadan məhrumdur. Bunlar İslamiyyət və din siyasətinin yerinə siyasəti bir din kimi mənimsəyiblər.

Onlar müəyyən bir şəxs və ya siyasi qrupu pisləyərək, düşmənin etdiklərini təkrar edirlər. Bəziləri də media qurumları və müxtəlif tribunalarda istədiyini danışır, amma Allah, din və ədalətin haqqını yerinə yetirmirlər.

Bu adamlar xalqı və gənc nəsli məyus etməklə düşmənləri sevindirməyə çalışırlar. Xüsusən, keçmişdə və ya bu günlərdə rəhbərlik edənlər və onlara verilmiş imkanlardan yararlananlar müxalifət rolunu oynamağa həvəs göstərirlər.

Keçmişdə və indi ölkədə səlahiyyətə malik olanlar bu gündən etibarən bu ölkənin əleyihinə çıxış etmək hüququna malik deyillər.

Xətalar və problemlər tənqid edilməlidir, lakin yönəldilən tənqidləri ədalətli və konstruktiv olmalıdır. Əslində tənqid zəruri və vacibdir, ancaq böhtan və boş ittihamlar haramdır. Həqiqət budur ki, tənqidlər ittihamlar və düşmənlərin eyni sözlərini təkrar etmək fərqli məsələdir.

İran xalqı 2009-cu ildə “30 dekabr Milli İradə dastanı” vasitəsilə bu cür oyunlara güclü bir cavab verdi. 2009-cu il dekabrın 30-da İran xalqı göstərdiyi qətiyyətlə İslam inqilabı və İslam dəyərlərini müdafiə etdi. Əlbəttə bu günlərdə də dəyərləri davamlı olaraq qorumaq mübahisə mövzusudur.

Vaşinqton rəhbərliyinin İŞİD terror təşkilatına dəstək verməsilə birlikdə, Yəməndə günahsız insanları qətliam edən Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməsi və sionist rejimi qoruması ABŞ rejiminin kirli və xarab təbiətini aşkar edir.

İnanıram ki, İran xalqı və İslam nizamı Allahın köməyi ilə hər sahədə ABŞ-ı məyus edəcək.

“Müqavimət iqtisadiyyatı” düşmənlərin sanksiyalarına qarşı edilən konstruktiv bir tədbirdir. Buna görə də, əlaqədar şəxslər və səlahiyyətlilər müqavimət iqtisadiyyatı məsələsini ön planda tutmalıdır”.



Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930