Sədr İsrailə qarşı cihad çağırışı edib: İsrailə hücumda ilk əsgər özüməm
Mьəllif: admin1
Tarix: 7-12-2017, 20:46
Bцlmə: Xəbərlər
Sədr İsrailə qarşı cihad çağırışı edib: İsrailə hücumda ilk əsgər özüməm
“İsraillə döyüşə hazır olan İraqın bütün müqavimətçi hərbi bölmələrini təcili toplantıya çağırıram. Əgər İraqdakı və sair bölgələrdəki birləşmələr İsrailə hücum üçün hazırdırlarsa ilk əsgər mən olacağam.”
İslaminSesi.info Sumariya Agnetliyinə istinadla xəbər verir ki, bunu İraqın nüfuzlu din xadimi Sədr siyasi fraksiyasının lideri Müqtəda Sədr deyib.

Sədr Nəcəf şəhərində bu günkü çıxışında Trampın Qüdsü İsrailin paytaxtı bilməsinə münasibət bildirib və deyib ki, İraqdakı birləşmələr arasında Trampa cavab vermək üçün koordinasiya işləri mövcuddur.

Müqtəda Sədr həmçinin İsrailə xəbərdarlıq edib ki, iraqlı hərbi birləşmələr Suriya ərazisi vasitəsilə onunla savaşa girə bilərlər.

Sədr Amerikanın bölgədəki əsas müttəfiqi Səudiyyə Ərəbistanına da mesaj göndərib və tələb edib ki, Yəmən, Suriya və Bəhreyndəki qarşıdurmaya son qoysun və təsis etdiyi “İslam ölkələrinin hərbi koalisiyası”nı Qüds istiqamətə sarı yönəltsin. O vurğulayıb ki əgər Səudiyyə bunu etməsə tarix onlara və bizə ar olsun deyəcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930