Ali dini rəhbərin hüzurunda Tasua mərasimi keçirildi
Mьəllif: admin1
Tarix: 30-09-2017, 18:13
Bцlmə: Xəbərlər
Ali dini rəhbərin hüzurunda Tasua mərasimi keçirildi
Həzrət İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin ildönümü mərasimləri çərçivəsində dünən gecə Tasua mərasimi ali dini rəhbərin hüzurunda, rəsmilərin və xalqın müxtəlif təbəqələrinin iştirakı ilə İmam Xomeyni hüseyniyyəsində keçirilib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, mərasimdə höccətül-İslam Rəfii İslami döyüşlərdə mənəviyyata hakim olmağın, bu müharibələrin ən mühüm xüsusiyyəti kimi qiymətləndirib. O, Peyğəmbərin (s) səhabələrinin və İmam Hüseynin (ə) yavərlərindən nümunələr çəkərək, onların müharibədə də dua, namaz və zikrə verdikləri əhəmiyyətdən danışıb: “Cihad - Allah yolunda bir hərəkətdir. Bu yolda istər qələbə, istərsə də məğlubiyyət, Qurani-Kərimə görə, Allah cihad edənlərə qarşılığını, mükafatını ən yaxşı şəkildə verəcəkdir”, - deyə höccətül-İslam Rəfii bildirib.

Mərasimdə Əhli-Beyt (ə) məddahları İmam Hüseyn (ə) və onun qardaşı Həzrət Əbülfəzl Abbasın şəhadəti ilə bağlı mərsiyələr oxuyublar.

Ali dini rəhbərin hüzurunda Tasua mərasimi keçirildi
Ali dini rəhbərin hüzurunda Tasua mərasimi keçirildi
Ali dini rəhbərin hüzurunda Tasua mərasimi keçirildi
Ali dini rəhbərin hüzurunda Tasua mərasimi keçirildi
Ali dini rəhbərin hüzurunda Tasua mərasimi keçirildi
Ali dini rəhbərin hüzurunda Tasua mərasimi keçirildi
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930