Referenduma görə Türkiyə və İraq birgə hərbi təlimlərə start verdilər
Mьəllif: admin1
Tarix: 26-09-2017, 10:53
Bцlmə: Xəbərlər
Referenduma görə Türkiyə və İraq birgə hərbi təlimlərə start verdilər
Türkiyə və İraq qüvvələri iki ölkə sərhədində birgə hərbi təlimlərə başlayıblar.
İslaminSesi.info bu barədə Sumariya agentliyinə istinadla məlumat verir.

İraq Müdafiə Nazirliyi kürdlərin istiqlaliyyət referendumundan dərhal sonra bəyanat verib ki, Türkiyə ilə birgə sərhədlərdə hərbi təlimlər keçirilir.

Bundan öncə İraqın parlamenti və Təhlükəsizlik Şurası referendum keçirən Regional Hökumətlə bağlı ilkin olaraq bir neçə fiziki addımlar atmağa başlayıb.

İran, sərhədləri bağladığını elan etmiş, Türkiyə də öz növbəsində sərhədləri bağladığını və kürdlərin telekanallarının türksatdan yayımının dayandırılacağını bildirmişdi. İraq tərəfi bildirib ki, muxtariyyətin satdığı neftin və digər məhsulların beynəlxalq bazara çıxarılmaması üçün qonşu ölkələrə muraciət edilib.

İraq nazirlər kabinetinin son bəyanatında muxtariyyət ərazisində və Peşmərgənin nəzarətindəki bölgələrdəki vəzifəli vətəndaşlardan tələb edilib ki, referenduma qatılmasınlar. Bildirilib ki referenduma qatılan şəxslər cəzalanacaq və bu işi görən təhlükəsizlik qüvvələri və vəzifəli şəxslər işdən kənarlaşdırılacaq.

İraq baş naziri əl-Abadi muxtariyyətə qarşı yeni fiziki addımların atılacağını bəyan edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930