Abadi: Kürdüstan bölgəsində fitnəçilərlə mübarizə aparacağıq
Mьəllif: admin1
Tarix: 26-09-2017, 10:52
Bцlmə: Xəbərlər
Abadi: Kürdüstan bölgəsində fitnəçilərlə mübarizə aparacağıq
İraq Baş naziri dünən gecə İraqın şimalındakı Kürdüstan bölgəsinin İraqdan ayrılmasını ehtiva edən referendumun bitməsindən sonra etdiyi açıqlamada, "Bağdad referendumun nəticələrini tanımır və bu mövzuda kiminləsə də oturub danışmaz",- deyib.

İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, Heydər əl-Abadi referendumun İraq hökumətinin koordinasiyası və icazəsi olmadan edildiyini ifadə edib və "Fitnəçilərə qarşı cəzalandırıcı tədbirlər görəcəyik",- deyib.

İraq Baş naziri, alınan xəbərlərə görə, Ərbil səlahiyyətlilərinin iraqlı kürd vətəndaşları seçkilərə getmələri üçün təhdid etdiklərinin aydın olduğunu söyləyib.

İraqın Kürd bölgəsindəki referendum bütün etirazlara baxmayaraq edildi və bu referendumun İraq konstitusiyasına zidd olduğu bildirilir.

Həmçinin İraq mətbuatı da, kürd peşmərgə güclərinin bəzi bölgələrdə İraq vətəndaşlarını seçkilərə getmələri mövzusunda təhdid etdiyi və əks halda zəruri köçə tabe tutulacaqlarını bildirdiklərini yazıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930