Əl-Həkim: Hər kəsdən daha çox kürdlər zərər görəcək
Mьəllif: admin1
Tarix: 25-09-2017, 21:25
Bцlmə: Xəbərlər
Əl-Həkim: Hər kəsdən daha çox kürdlər zərər görəcək
İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İraq Milli Koalisiyasının lideri Seyid Əmmar əl-Həkim verdiyi bəyanatda Kürdüstan Regional Rəhbərliyinin müstəqillik referendumu mövzusundakı israrını tənqid edib.

Əl-Həkim Məhərrəm ayı münasibətilə keçirilən tədbirdə verdiyi bəyanatda deyib: "Biz çox səbr etdik və Kürd liderlərini bu qərarlarından imtina edərək konstitusiyaya tabe olmaları məsələsində razı salmaq üçün çox səy göstərmişik. Onu bilməliyik ki, təktərəfli səsvermədə təkid etməklə heç bir nəticə əldə edilə bilməz və əgər referendum keçirilsə, hamı Kürd xalqının hər kəsdən daha çox zərər görəcəyini anlayacaq. Biz kürdlərə bunu deyirik; Siz bizim dostumuzsunuz və qəlbimizdə yeriniz var, ancaq bu referendum nəticəyə nail olmağınızı təmin etməyəcək və çox şey itirəcəksiniz və bir gün peşman olacaqsınız, amma artıq faydası olmayacaq."

İraq Milli Koalisiyasının lideri açıqlamalarının davamında "Görəsən, Kürdüstan bölgəsindəki rifah İraqın nefti və pulu ilə olmadı mı?" sualını yönəldərək sözlərini belə davam etdirib: Biz İŞİD-lə döyüşməyə davam edirik və belə bir vəziyyətdə referendum keçirilməsi İŞİD-in xəncəri ilə eyni vəzifəni yerinə yetirəcək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930