Seyid Həsən Nəsrullah: “Sionist rejimin planları məğlubiyyətə düçar oldu”
Mьəllif: admin1
Tarix: 2-08-2017, 23:14
Bцlmə: Xəbərlər

 İran Parlamentinin spikerinin müşaviri Hüseyn Əmir Abdullahian Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşərək, Fələstin məsələsini müzakirə edib.

 

Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Əmir Abdullahian görüşdə Hizbullahı "33 günlük müharibənin" ildönümü və Hizbullah hərəkatının Suriyanın Arsal kəndində əldə etdiyi nailiyyətlərə görə təbrik edib. O, Hizbullah hərəkatı, müqavimət cəbhəsi, müqəddəs hərəm müdafiəçiləri və müqavimət şəhidlərinin göstərdiyi böyük səylərin tərifə layiq olduğunu qeyd edib. "İran terrorizmlə təsirli mübarizə ilə yanaşı, həqiqi və ədalətli diplomatik yollarla Suriya, Bəhreyn və Yəmən də daxil olmaqla regiondakı problemlərin həll olunacağına inanır", - deyə Abdullahian bildirib.

 

Seyid Həsən Nəsrullah da bu görüşdə İslam dünyası və region düşmənlərinin qurduğu hiylələrin tanınması və ona qarşı mübarizədə ali dini rəhbərin böyük rolunun olduğunu xatırladaraq, belə danışıb: "Hazırda Fələstin, Suriya və Livandakı müqavimət məsələsi bölgədəki təhlükəsizlik və sabitliklə birbaşa bağlıdır. İslam dünyası və Yaxın Şərq xəritəsini dəyişdirmək səyləri yalnız bu təhlükəli layihəni çəkən düşmənlərin məqsədlərinə çatmasına səbəb olacaq. Sionist rejim ərəb ölkələri və bəzi region dövlətləri ilə münasibətlərini normallaşdırmaq üçün hər cür yolu yoxlayıb istifadə edir və eyni zamanda bu ölkələrin parçalanmasını istəyir”.

 

Görüşdə Əl-Əqsa məscidindəki gərginliyə vurğu edən Seyid Həsən Nəsrullah belə danışıb: "Sionist rejimin Əl-Əqsa məscidindəki qanunsuzluqları və Fələstin xalqına qarşı törətdiyi cinayətlər razılaşma planı və bu rejimlə əlaqələri normallaşdırma səylərindən qaynaqlanır.

 

Bununla yanaşı, sionist rejimin son günlərdəki cəhdlərinə qarşı beynəlxalq ictimaiyyət və Fələstin xalqının göstərdiyi sərt reaksiyalar bu planların məğlubiyyətə düçar olduğunu göstərir”.

 

 


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930