Çinin ilk zəvvar karvanı müqəddəs torpaqlara çatıb
Mьəllif: admin1
Tarix: 2-08-2017, 09:45
Bцlmə: Xəbərlər

Çinin ilk zəvvar karvanı müqəddəs torpaqlara çatıb

 Çinin builki 284 nəfərlik ilk həcc dəstəsinin Səudiyyə Ərəbistanının Mədinə şəhərinə gəldiyi bildirilib.

 

Maide.İnfo "Sinhua" agentliyinə istinadən xəbər verir ki, ölkənin cənubundakı Yünnan əyalətindən yola çıxan 284 çinli müsəlman, Mədinədə beş gün qaldıqdan sonra Məkkəyə gedəcək.

 

Çin İslam Cəmiyyəti bu il 12 mindən çox çinli müsəlmanın həccə gedəcəyini bildirib.

 

Ölkənin paytaxtı Pekin, Sincan Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçi və Gani əyalətinin paytaxtı Lancoudan keçiriləcək çarter uçuşlarla daşınacaq çinli hacı namizədlərinin əvvəl Mədinəyə, oradan da Məkkəyə aparılacağı qeyd olunub.

 

Çindəki 56 etnik azlıqdan 10-u müsəlmandır. Xoi (Çinli Müsəlmanlar) ilə uyğur, qırğız, qazax, tacik, tatar, özbək, salar, baoan və dongşiang etnik azlıqları, intensiv olaraq ölkənin şimal və şimal-qərbində yaşayır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930