NASA tarixi kəşf açıqlayıb
Mьəllif: admin1
Tarix: 21-06-2017, 09:26
Bцlmə: Xəbərlər

NASA tarixi kəşf açıqlayıb

 İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Amerika Aviasiya və Kosmos Dairəsinin (NASA) Kepler Kosmik Teleskopu Günəş Sisteminin xaricində həyat ehtimalı olan Dünya böyüklüyündə 10 yeni planet kəşf etdi.


NASA-dakı Kepler araşdırma qrupu Kepler Teleskopunun Dünya böyüklüyündə həyat ehtimalı olan yeni planetlər kəşf etdiyini bildirib.

Bütövlükdə Keplerin baxdığı sahədə minlərlə yeni planet namizədi olduğu və bunlardan Dünya böyüklüyündə olan 10-da həyat ehtimalı ola biləcəyinə işarə edilib.

NASA-nın Kaliforniyadakı Elmi İdarəsi Missiyasının Astrofizika Fakültəsində Kepler proqramı alimi Mario Perez kəşflə bağlı verdiyi bəyanatda "Bunların qalaktikadakı tezliklərini anlamaq başqa bir dünyanı birbaşa izləyəcək şəkildə NASA missiyalarının gələcəyini formalaşdırılmasında informasiya dəstəyi verəcək",- deyib.

Alimlər yayımladıqları tədqiqatda, Kepler teleskopu ilə ümumilikdə 4034 planet namizədi kəşf edildiyini və bunlardan 2335-nin bizim qalaktikamızın xaricində olduğunu qeyd edib.

Adını Renesans dövrü astronomu Yohannes Keplerdən alan Kepler Teleskopu kosmos müşahidələrinə ilk dəfə 7 mart 2009-da başlamış, 2013-də yaşanan problemlərə baxmayaraq fəaliyyətinə davam etmişdi.

2018-in oktyabr aynda çıxacağı açıqlanan yeni nəsil Ceyms Ueb Teleskopunun da, astronomlara Keplerin tapdığı planetləri daha çox təhlil etmək imkanı təqdim etməsi gözlənilir.
 
 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930