Oruc tutmaq xərçəngə səbəb olan geni bağlayır
Mьəllif: admin1
Tarix: 13-06-2017, 20:35

Oruc tutmaq xərçəngə səbəb olan geni bağlayır

 Xərçəng yayılır, qidalanma, şəhərlə əlaqədar həyat rejimi və bu kimi məsələlər xəstəliyə birbaşa təsir göstərir.

Biz 40% heyvan əsaslı, 10% də tərəvəz və meyvələrdən olan qida qəbul edirik. Halbuki tam əksi olmalıdır. Tərəvəz, meyvə, paxlalılar ön planda olduğu bir qidalanma rejiminə keçilməlidir.

Qaraciyər, mədə, öd kisəsi kimi daxili orqanların dincəlməsi üçün zaman-zaman ac qalmaq lazımdır. Aclıq, bədənin öz yağlarını yandırma rejiminə keçməsini təmin edir.

Aclıqda bədən bərpa rejiminə keçir. İnsulin səviyyələri azalır. Normalda 20-30 yaşlarında olan böyümə hormonu ifraz olunur. Yaşlanma genləri bağlanır, gənclik genləri fəal olmağa başlayır.

Orucun, genləri tamamilə müsbət istiqamətdə dəyişdiyi məlumdur. Oruc, siqaret və alkoqol kimi zərərli amillərdən uzaq durmaq, iftar və obaşdanı arasında balanslı və kafi qidalanmaq, bədəndə bərpa və gənclik genlərinin aktiv hala keçməsinə, qocalmağa nəzarət edən yaşlılıq genlərinin bağlanmasına yol açır. Orucla birlikdə 500-ə qədər xərçəngə səbəb olan genin bağlandığı araşdırmalarla sübut olunmuşdur. Bir tərəfdən, bədəndəki yağların yandırılmasına səbəb olmaqla yanaşı, digər tərəfdən orqanizmdə köhnəlmiş, qocalmış, zədələnmiş hüceyrələrin həzm edilməsinə yol açır, bu hüceyrələrin yerinə sağlam və cavan hüceyrələrin gəlməsinə kömək edir.

 

Deyerler.Org

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930