Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi
Mьəllif: admin1
Tarix: 30-04-2017, 21:51

Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi

 Xroniki obstruktiv ağciyər xəstəliyinin qısa adı XOAX adlandırılır. Bu xəstəlik əsasən siqaret çəkməklə və havadakı zərərli qazlarla ağciyərdə meydana gəlir. Əsasən də davamlı siqaret aludəçilərində daha çox rast gəlinə bilən bir xəstəlikdir.

 

Musavat.com XOAX adlı bu bəlalı xəstəlik haqqında bilməniz lazım olan məlumatları təqdim edir.

 

XOAX-ın ən önəmli səbəbi

 

Qeyd etdiyimiz kimi, bu xəstəlik ən çox davamlı olaraq siqaret çəkən insanlarda rast gəlinir. Siqaretin içindəki zərərli maddələr ağciyərdəki hava kisələrinə dolur. İllərboyu siqaret çəkənlərdə artıq ağciyərin hava kisələrinin quruluşu pozulmağa başlayır.

 

XOAX-ın bir növü – Emfizema

 

KOAN iki fərqli şəkildə ortaya çıxa bilər. Bunlardan biri də Emfizemadır. Emfizem ağciyərin normal işləmə qabiliyyətini sıradan çıxarır. Və ağciyər elastik bir quruluşa sahib olub, genişlənib-daralma xüsusiyyətini itirir. Davamlı olaraq şişmiş vəziyyətdə qalan hava kisələri alınan nəfəsin geri qaytarılmasında çətinlik çəkər. Və nəfəs darlığı, sinə ağrıları artmağa başlayır. Bu, əsasən 45 yaşdan yuxarı insanlarda aşkarlanır.

 

 

Xroniki bronxit şəklində ortaya çıxan XOAX

 

XOAX xəstəliyi xroniki bronxit şəklində də özün biruzə verə bilir. Emfizemadan fərqli olaraq, xroniki bronxit xəstələri hava kisələrinin fəaliyyətini itirmir, lakin ağciyərdəki bütün kiçik və böyük hava yolları zərərli maddələrlə dolur. Bu da ağciyər tıxanıqlığı və qatı öskürək yaratmağa başlayır.

 

C tipli XOAX

 

Emfizema A tipi, Bronxit B tipi olaraq bilinir və bu iki tip XOAX-ın ən çox yayılan növləridir. Bəzi hallarda isə bu iki tipin bir yerdə meydana gəlməsi ilə üçüncü - yəni C tipi meydana gəlir. XOAX-ın C tipi öskürəklə birlikdə qanın gəlməsidir. Və bu, XOAX xəstəliyinin ən ağır növüdür.

 

XOAX-ın ağciyərdəki təsirləri

 

Ümumiyyətcə XOAX çox nadir hallarda və çox gec-gec ortaya çıxan bir xəstəlikdir. Lakin bu xəstəliyin ölümlə sonlanan nəticələri də olur. Çox təəssüf ki, bəzi insanlar bu xəstəliyə siqaret çəkmədən də yoluxa bilir. Buna təsir edən isə genetikadır. Ağciyərə dəyən ziyan çox gec özünü nizamlayır. Uzun bir müddət siqaret çəkib, daha sonra siqareti tərgidən insanlarda belə, bir neçə il sonra XOAX xəstəliyinin aşkarlanması mümkündür.

 

XOAX-ın müailicəsi

 

XOAX diaqnozu qoyulan xəstələrə elə həmin günü siqareti tərgitmək daha məsləhətlidir. Bu xəstəlikdə insan həyatı üçün hər bir saniyə belə, önəmli rol oynayır. Həkimlərin tətbiq etdiyi müalicə tam şəkildə alınmalıdır. Ağır XOAX xəstələrini isə yalnız oksigen müalicəsi ilə sağaltmaq mümkündür.

 

Bu xəstəliyə tutulmamaq üçün özünüzə edə biləcəyiniz ən böyük yaxşılıq siqaret çəkməmək, çəkirsinizsə, tərgitməkdir.

 
 
 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930