İranda Ruhaninin seçki təbliğat-təşviqat mərkəzində İmam Rzaya (ə) hörmətsizlik
Mьəllif: admin1
Tarix: 28-04-2017, 21:44
Bцlmə: Xəbərlər

İranda Ruhaninin seçki təbliğat-təşviqat mərkəzində İmam Rzaya (ə) hörmətsizlik

 İslamazeri.com "İran mediasına istinadən xəbər verir ki, Həsən Ruhaninin təbliğat sisteminin İlam şəhərində keçirdiyi mərasimdə İmam Rzaya (ə) qarşı hörmətsizlik olub. "Fars" xəbər agentliyi məlumat verir ki, əsas dəstəyi Xorasan, Məşhəddən olan Ayətullah Rəisini hörmətdən salmaq istəyən aparıcı, İmam Rzaya (ə) xitabən deyib: "Bizim Məmunla əlbir olub, sənə zəhərli üzüm verdiyimizimi düşünürsən? Yəni siz deyirsiniz ki, biz yeddinci imamdan sonra bir başa doqquzuncu imamın arxası ilə gedək? Ya bizim ömrünü zindanda keçirən imama həvalə etmək istəyirsən? Rzacan! Sizin geniş xanlığınızdan bizə çatan bir neçə kilo yer alması oldu ki, onu da qonşu şəhər Xuzestan bizə verdi. Ətə gücümüz çatmır ki heç, ceyrana da siz zamin durdunuz deyə ətindən istifadə edə bilmirik. Yer almasını da ki, bizə siz göndərmədiniz. Yalnız noxudla bozbaş düzəltmək olmaz ki, əzizim! Sonra da millət ismailiyyə məzhəbinə irad tuturlar ki, niyə yeddi imamları var. Elə bu işlərinizdir ki, belə nəticələnir Ağacan! Etməyin! Heç yer almasını da yollamayın. Biz elə noxudun suyu ilə başımızın çarəsinə baxarıq.” Adı çəkilən agentlik xəbərin videosunu da təqdim edib.

Bundan sonra məsələyə ilk etirazı nüfuzlu mərcəi təqlid müctehidi Ayətullah Məkarim Şirazi edib.

Nüfuzlu alimin rəsmi saytında yayımanan bəyanata istinadla bütün İran mediası bu açıqlamanı yayımlayıb. İslamazeri.com Makarem.ir-ə istinadən xəbər verir ki, Həsən Ruhaninin İlam şəhərində təbliğat-təşviqat mərkəzində baş verən qalmaqallı olaya münasibət bildirən Ayətullah Məkarim Şirazi deyib: "Xəbərlərə görə, seçki mərkəzlərinin birində İmam Rzaya (ə) qarşı hörmətsizlik olub və İmam,  xəbis biri tərəfində ələ salınıb. Bu iş ən çirkin addımlardandır. Biz bunu tənqid edir və ən qısa zamanda həmin şəxsin mühakimə olunması və cəzalandırılmasını tələb edirik. İmamların məqamı çirkin və cinayətkarların oyuncağına çevrilməməlidir.”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930