Mahmud Əhmədinejadın seçkilərdə iştirakı rədd edildi
Mьəllif: admin1
Tarix: 21-04-2017, 10:54
Bцlmə: Xəbərlər
Mahmud Əhmədinejadın seçkilərdə iştirakı rədd edildi
İslamazeri.com-un “Press TV” telekanalına istinadən verdiyi xəbərə əsasən, İranın hazırkı Prezidenti Həsən Ruhani qarşıdan gələn prezident seçkilərində iştirak edəcək namizədlərin arasına qatılıb. Keçmiş prezident Mahmud Əhmədinejadın ərizəsi isə qəbul edilməyib. Bu haqda ölkənin Daxili İşlər Nazirliyi açıqlama verib.

Məlumata əsasən, İran prezidenti postuna qeydə alınmış qəti namizədlərin sayı 6 olub: Həsən Ruhani, Mustafa Ağa-Mirsəlim, Eşhaq Cahangiri, Muhəmməd Bagir Qalibaf, Seyid İbrahim Rəisi, Mustafa Haşemi-Təba.

Qeyd edək ki, İrandakı seçkilərin 2017-ci ilin may ayının 19-u keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930