Türkiyədə referendumda bülletenlərin 94%-i sayılıb
Mьəllif: admin1
Tarix: 16-04-2017, 21:54
Bцlmə: Xəbərlər
Türkiyədə referendumda bülletenlərin 94%-i sayılıb
Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 94 faizi sayılıb.

APA-nın məlumatına görə, bülletenlərin 94 faizinin sayılmasından sonra seçicilərin 52.1 faizi Konstitusiya dəyişikliyinin lehinə, 47.8 faizi əleyhinə səs verib.

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930