Hizbullah: "ABŞ və terrorçu müttəfiqləri daha çox məğlubiyyətlə üzləşəcək"
Mьəllif: admin1
Tarix: 15-04-2017, 22:18
Bцlmə: Xəbərlər
Hizbullah: "ABŞ və terrorçu müttəfiqləri daha çox məğlubiyyətlə üzləşəcək"
Livanın Hizbullah hərəkatının baş katibinin müavini Naim Qasım ABŞ-ın Suriyaya qarşı hücumuna sərt reaksiya verib. Hizbullah rəsmisi hücumun müharibə meydanındakı vəziyyəti dəyişdirməyəcəyini, ABŞ və müttəfiqlərinin daha çox məğlubiyyətlə üzləşəcəklərini deyib.


Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Naim Qasım Al-Monitor-a verdiyi müsahibəsində ABŞ-ın hücumunu bir dəfəlik və güc göstərmək kimi səciyyələndirib.


Hücumu həyasızlıq və qanunsuzluq adlandıran Qasım, Xan Şeyxunda əslində nəyin baş verməsi barədə araşdırmanın aparılmadığına diqqət cəlb edib.


ABŞ-ın raket hücumu ilə siyasi həlli istəmədiyini bir daha sübut etdiyini deyən Qasım, Vaşinqtonun terrorçuların məğlub olduğu vaxtda müdaxilə etdiyini deyib: "Buna baxmayaraq ABŞ məqsədlərinə çatmayacaq. Suriya ordusunun mənəvi ruhiyyəsi yüksəkdir, yeni nailiyyətlər əldə edildi və irəliləməkdədirlər. Geriyə dönüş yoxdur. ABŞ və onun terrorçu müttəfiqləri ilə vəkilləri daha çox məğlubiyyətlə üzləşəcəklər".


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930